İran dənizdə 20 təlim keçirəcək

İran dənizdə 20 təlim keçirəcək

 İran Hərbi-Dəniz Qüvvələri cari ildə  (İranda yeni təqvim ili martın 21-dən başlayır) 20 təlim keçirəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İran Hərbi-Dəniz Qüvvələrinin komandanı kontr-admiral Həbibulla Səyyari bildirib.  

“İran Hərbi-Dəniz Qüvvələri raket buraxılışı, sualtı qüvvələrin təlimləri, hərbi-dəniz kəşfiyyatı daxil olmaqla cari ildə 20 xüsusi təlim keçirəcək. İlk təlimlərə artıq gələn ay start veriləcək. Təlim çərçivəsində hərbi gəmilərin şəxsi heyətləri elektron müharibə sahəsində biliklərini təkmilləşdirəcəklər”, - deyə kontr-admiral qeyd edib.  

Səyyari qeyd edib ki, “Vilayət-95” irimiqyaslı təlimlərin 2017-ci ilin fevralında keçirilməsi nəzərdə tutulub.

“Baxmayaraq ki, ABŞ Fars körfəzində İranın hərbi qüvvəsinin artırılmasında maraqlı deyil, onlar bilməlidirlər ki, bu bölgədə qüvvələrimiz kifayət qədərdir və biz orada təlimlərimizi keçiririk. Bu məsələnin onlara heç bir aidiyyəti yoxdur”, - deyə Həbibulla Səyyari bildirib.    

0
10