Dağıstanda atışma: 3 silahlı öldürüldü

Dağıstanda atışma: 3 silahlı öldürüldü

Dağıstanın Qızılyurd rayonunda polis əməkdaşlarına avtomobildə hərəkətdə olarkən atəş açan üç naməlum şəxs məhv edilib.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstan DİN-in mətbuat xidmətinin məlumatında bildirilir.

“Saat 21.00 radələrində “Qafqaz” federal avtomobil yolunun Qızılyurd rayonu Stalsk kəndi ərazisindən keçən hissəsində əməliyyat-axtarış tədbirləri keçirilən zaman “VAZ 2114” markalı avtomobildə olan naməlum şəxslər polis əməkdaşlarına atəş açıblar. Cavab atəşi ilə üç cinayətkar öldürülüb”, - deyə məlumatda bildirilir.  

İnsident zamanı polis əməkdaşlarının xəsarət almadığı bildirilir. Hadisə yerində istintaq tədbirləri həyata keçirilir.

0
10