Rusiya Qırmızı Xaç Cəmiyyəti ermənilərə köməyə tələsir

Rusiya Qırmızı Xaç Cəmiyyəti ermənilərə köməyə tələsir

“Biz bu məsələni müzakirə etmişdik”.

Rusiya Qırmızı Xaç Cəmiyyətinin Moskva şöbəsi Dağlıq Qarabağ sakinləri üçün humanitar yardım yığmaq, bununla yanaşı, Moskva hakimiyyətinin toplanan humanitar yardımın saxlanılması üçün yerlərin ayrılmasında köməyinə ümid edir.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Qırmızı Xaç Cəmiyyətinin (RQXC) Moskva şöbəsinin sədri İqor Trunov bildirib. 

“Biz bu məsələni müzakirə etmişik. Hə, əlbəttə, bununla məşğul olacayıq, amma hələlik bu fəaliyyətə ətraf dairələrdə başlayırıq. Bizi Moskva hakimiyyətinin də dəstəkləyəcəyinə ümid edirik. Belə ki, anbarlarla bağlı problemlərimiz var (humanitar yardımı yığmaq üçün – red.)

Bizə artıq müraciət edənlər var, Moskva sakinlərindən bu yardıma dair təkliflər gəlir, amma humanitar yardımları yığmaq üçün yerimiz yoxdur”, - Trunov Dağlıq Qarabağ üçün təşkilatın humanitar yardım yığacağına dair suala cavab verərkən bildirib. 

0
10