Hakimi döyməyin cəzası bəlli oldu

Hakimi döyməyin cəzası bəlli oldu

Türkiyə Futbol Federasiyası “Trabzonspor” – “Fənərbaxça” matçında baş verən qalmaqala görə ev sahibi klubu cəzalandırıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, TFF-nin budəfəki qərarı ağır olub.

Belə ki, matçın sonlarına yaxın hesab 4:0 “Fənərbaxça”nın xeyrinə olarkən yerli azarkeşlərdən biri meydana daxil olmuş və matçın əlavə hakiminə hücum etmişdi. Bu hadisədən sonra baş hakim oyunu yarımçıq saxlamışdı.

Daha əvvəl verilən qərara görə həmin oyunda istanbullulara 4:0 hesablı texniki qalibiyyət verilmişdi.

Bu gün isə artıq “Trabzonspor”un da cəzası açıqlanıb. Belə ki, qaradənizlilər 4 ev oyununda azarkeş dəstəyindən məhrum olacaq. Əlavə olaraq klub 750 min lirə cərimə olunacaq.

0
12