Ermənistan “DQR”i tanımaqdan imtina etdi

Ermənistan “DQR”i tanımaqdan imtina etdi

“Tanınma şəraitin gələcək inkişafından asılı olacaq”.

“DQR”in tanınması haqqında 5 may tarixli məsələnin Ermənistan hökumətinin gündəliyinə salınması onun tanınması demək deyil.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Yerevanda erməni xarici işlər nazirinin müavini Şavarş Köçəryan bildirib.

“Gündəliyə salınan məsələ qanun layihəsinin təqdir olunması (“DQR”in tanınması) yox, hökumətin iki deputatın təşəbbüsü ilə bağlı rəy verməsindən 

“Hökumətin gündəliyinə qanun layihəsinin (“DQR”in tanınması haqqında) təqdir olunması deyil, hökumətin iki deputatın qanunvericilik təşəbbüsünə rəy verməsi daxildir”, - deyə, nazir müavini bildirib.

“Tanınma (“DQR”in – red.) şəraitin gələcək inkişafından asılı olacaq”, - deyə, Koçaryan qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan münaqişə zonasında hərbi əməliyyatları bərpa etdiyi təqdirdə Dağlıq Qarabağın tanınması məsələsi gündəliyə daxil olacaq.

Qeyd edək ki, Azərbaycan XİN-i bundan əvvəl bəyanatında qeyd edib ki, Ermənistan “DQR”-i  tanımaqla danışıqlar prosesinə son qoymuş olacaq.

Xatırladaq ki, Ermənistan müxalifəti növbəti dəfə hökumətə mayın 5-də keçiriləcək iclasda  “DQR”-in  tanınmasına dair qanun layihəsinə baxmağı təklif edib.

Bu təşəbbüs müxalif “İrs” partiyasından olan deputat Zarui Postandjyan və eks-baş nazir, hazırda müxalif “Erməni Milli Konqres”dən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb.

0
11