Ağsunun bir hissəsi qazsız qalacaq

Ağsunun bir hissəsi qazsız qalacaq

Təmir işləri aparılır.

Sabah Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq.

Oxu.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, mayın 4-də saat 10:00-dan 20:00-a qədər “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Padar”, Astara magistral qaz kəmərləri sahəsinin “Göytəpə” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Ağsu rayonunun Padar, Cəlilabad rayonunun Göytəpə, Təklə, Pirilini, Ağdaş, Bəcirəvan və Maşalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

0
17