Messi Argentina yığmasına çağırılmayacaq

Messi Argentina yığmasına çağırılmayacaq

Argentina millisinin kapitanı Lionel Messi Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına aparılmayacaq. Apasport.az saytı xəbər verir ki, bunu yığmanın baş məşqçisi Xerardo Martino açıqlayıb.

O bildirib ki, bu barədə Messi ilə söhbət edib və onun razılığını alıb: “Cənubi Amerika Kubokunda da iştirak edəcəyimizi nəzərə alıb, Messini Olimpiadaya aparmamaq qərarına gəlmişəm. Əgər Cənubi Amerika Kuboku Olimpiadadan tez keçirilsəydi, o zaman fikrim başqa cür olardı. Məncə, Leonun bir qədər istirahətə ehtiyacı var. O özü də mənim fikrimlə razılaşdı. Olimpiadada müdafiə xəttini təcrübəli futbolçulardan təşkil edəcəm”.

Qeyd edək ki, Rio-2016 avqustun 4-dən 20-dək keçiriləcək.

0
13