“İnterAz”ın prezidenti vəfat etdi

“İnterAz”ın prezidenti vəfat etdi

O, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

“İnterAz” televiziya kanalının prezidenti, tanınmış jurnalist Saleh Xudiyev bu gün Bakıda dünyasını dəyişib. 

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, Saleh Xudiyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Saleh Aydın oğlu Xudiyev 4 may 1955-ci ildə Ağdam rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub.

Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. “Azmas” teleşirkətini yaradaraq baş direktor vəzifəsini icra edib. Daha sonra “Sara” teleradio şirkətini yaradıb.

2001-ci ildən “İnterAz” televiziyasına rəhbərlik edib. 

Allah rəhmət eləsin!

0
25