Səmra Stokholmda ilk məşqini etdi – VİDEO

Səmra Stokholmda ilk məşqini etdi – VİDEO

Azərbaycanın bu ilki səhnə tərtibatı “Alisa möcüzələr ölkəsində” adlı əsərə əsaslanır.

Azərbaycanı bu ay keçiriləcək “Eurovision” müsabiqəsində təmsil edəcək Səmra Rəhimli İsveçin paytaxtı Stokholm şəhərində yerləşən “Erikson Qlob Arena”da ilk dəfə məşq edib.

Oxu.Az xəbər verir ki, səhnə tərtibatının müəllifi 2009-cu ildə Azərbaycanı müsabiqədə təmsil etmiş Aysel və Araşın çıxışının rejissoru olmuş Royn Söderluntdur. 

Azərbaycanın bu ilki səhnə tərtibatı “Alisa möcüzələr ölkəsində” adlı əsərə əsaslanır. Səmra Rəhimli səhnədə iki qadın və iki kişi olmaqla dörd rəqqas tərəfindən müşayiət olunacaq.

0
19