Lavrov: Rusiya Suriya-Türkiyə sərhədinin bağlanmasına təkid edir

Lavrov: Rusiya Suriya-Türkiyə sərhədinin bağlanmasına təkid edir

“Terrorçuların silahlanmasını təmin edən kanalları bağlamaq lazımdır”.

Rusiya əvvəlki kimi yaraqlıların silahla və yeni qüvvələrlə təmin olunduğu Suriya-Türkiyə sərhədinin bağlanmasına təkid edir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov BMT-nin Suriya üzrə xüsusi səfiri ilə danışıqların nəticəsinə görə mətbuat konfransında bildirib.

“Biz, həmçinin yaraqlıların silah və yeni qüvvələrlə təmin edilməsi kanallarının bağlanmasının vacibliyini vurğuladıq. Bununla əlaqədar Rusiya bu tranzitin çox fəal şəkildə aparıldığı Türkiyə sərhədinin bağlanması məsələsini aktual hesab edir”, - Lavrov deyib. 

Lavrovun sözlərinə görə, yaxın günlərdə BMT-nin baş katibinin terrorçuların təchizatının qarşısının alınmasına dair növbəti hesabatı çıxmalıdır. 

0
53