Kosova UEFA-nın tərkibinə daxil edildi

Kosova UEFA-nın tərkibinə daxil edildi

İndi Kosovanın Futbol Federasiyası FİFA-da çıxış edə bilər.

Kosova Futbol Federasiyası Avropa Futbol Assosiasiyaları Federasiyasına (UEFA) daxil olub.

Oxu.Az təşkilatın saytına istinadən xəbər verir ki, bu qərar UEFA-nın Budapeştdə keçirilən konqresində səsvermənin nəticələrinə görə qəbul edilib. 

Kosovanın UEFA-da üzvlüyünə 28 lehinə, 24 əlehinə səs verilib. 

İki bülleten etibarsız hesab edilib. Kosova federasiyası UEFA-nın 55-ci üzvü olub. 

İndi Kosova federasiyası Beynəlxalq Futbol Federasiyasına (FİFA) daxil ola və Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatının seçmə oyunlarında iştirak edə bilər. 

Bu məsələ FİFA-nın Mexikoda mayın 12-13də keçiriləcək konqresində nəzərdən keçiriləcək. 

0
17