Səmra "Eurovision" səhnəsində ilk məşqini etdi

Səmra "Eurovision" səhnəsində ilk məşqini etdi

Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində təmsil edəcək Səmra Rəhimli bu gün İsveçin paytaxtı Stokholm şəhərində yerləşən Erikson Qlob Arenada məşq edib. Lent.az-ın məlumatına görə, təmsilçimizin səhnə tərtibatının müəllifi isə 2009-cu ildə Aysel və Araşın çıxışının rejissoru olmuş Royn Söderluntdur. “Miracle” 2009-cu ildən bəri Azərbaycanın müsabiqəyə göndərdiyi ilk orta-templi ballada olduğu üçün ilk dəfəki uğur nəzərə alınaraq səhnə tərtibatı yenə də məşhur rejissora etibar edilib.

Azərbaycanın bu ilki səhnə tərtibatı “Alisa möcüzələr ölkəsində” adlı əsərə əsaslanır. Lakin rejissor əsərə daha müasir və fərqli üslubda yanaşıb. Səmra səhnədə iki qadın və iki kişi olmaqla dörd rəqqas tərəfindən müşayiət olunacaq.

İsveçli rejissor mahnı və səhnə tərtibatı haqqında öz fikirlərini bölüşüb - “”Miracle” sadəcə sevgi münasibətinin bitməsi haqqında deyil. Biz burada mahnı ətrafında müsbət emosiyalar yaratmaqla izləyicilərə ümid aşılamağa da çalışmışıq”.

Arxa fondakı video isə müasir, abstrakt və emosional fiqurların şəbəkəsindən ibarətdir. Dinamik işıq oyunlarl və piro-effektlər isə nömrəni daha da gücləndirir. Yüksək səviyyədə təşkil olunmuş kamera işi Səmranın ifasının həmişə diqqət mərkəzində qalmasına xidmət edir.

Qeyd etməliyik ki, Səmranın arxa vokalı Diana Hacıyevadır. Elə bu gün Səmranın Android və iOS sistemləri üzərində qurulmuş “Miracle Team” tətbiqetməsi də, işə düşəcək! Bununla yanaşı olaraq, tətbiqetmə və Youtube-da yayımlanacaq. “Miracle” TV-də fəaliyyətə başlayır. Səmra və kanalın digər aparıcısı avstraliyalı komediyaçı Luis Zezeran hər gün izləyicilərə Səmranın Stokholmdəki hazırlıq prosesi barədə ətraflı məlumat verəcək və hətta onların Eurovision-a bilet qazanaraq İsveçdəki #Miracle Team-ə qoşulması fürsətini yaradacaq.

0
230