Novruz Məmmədov: Yerevanın əsas məqsədi danışıqlar prosesini pozmaqdır

Novruz Məmmədov: Yerevanın əsas məqsədi danışıqlar prosesini pozmaqdır

“Həmsədrlər bu məsələyə mütləq münasibət bildirməlidirlər”.

Ermənistan hakimiyyətinin əsas məqsədi bunu bəhanə edərək danışıqlar prosesini pozmaq, status-kvonu saxlamaqdır.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifi ilə bağlı AZƏRTAC-ın sualını cavablandırarkən deyib.

Novruz Məmmədov bildirib ki, bu, Ermənistan rəhbərliyinin növbəti təxribatıdır. Görünür, aprelin əvvəllərində həyata keçirilən təxribatın davamıdır. Onlara cavab veriləcəyini bilirdilər.

“Ermənistan hakimiyyətinin əsas məqsədi bunu bəhanə edərək danışıqlar prosesini pozmaq, status-kvonu saxlamaqdır.

Ermənistan tərəfi bir daha sübut edir ki, onlar üçün beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də danışıqlar prosesi heç bir əhəmiyyət daşımır. Düşünürəm ki, həmsədrlər bu məsələyə mütləq münasibət bildirməlidirlər”.

0
21