90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizədlərin sayı bilindi

90 saylı Ağdaş seçki dairəsindən  deputatlığa namizədlərin sayı bilindi

Təkrar seçkilər iyunun 18-nə təyin edilib.

90 saylı Ağdaş seçki dairəsindən 6 nəfər deputatlığa namizədliyini irəli sürüb.

Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, həmin şəxslərdən ikisi siyasi partiya - hakim Yeni Azərbaycan Partiyası (YAP) və Ümid Partiyasının nümayəndəsidir.

“Digər 4 nəfər isə bitərəfdir”, - M.Pənahov bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

0
45