“Avtovağzal”ın çıxışında piyada zolaqları qoyulacaq

“Avtovağzal”ın çıxışında piyada zolaqları qoyulacaq

“Aidiyyatı orqanlar əraziyə baxış keçirirlər”.

“Avtovağzal” metro stansiyasının Biləcəri qəsəbəsi istiqamətində olan çıxışında piyada zolaqlarının qoyulması nəzərdə tutulub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Rauf Mirqulamov Oxu.Az-a bildirib ki, bununla bağlı müşahidələr aparılacaq, zərurət olduğu halda piyada zolaqları qoyulacaq.

Onun sözlərinə görə NİİM-in əməkdaşları daim bütün yollarda müşahidələr aparır, çatışmayan cəhətləri aradan qaldırmaq üçün tədbirlər görür:

“Hazırda aidiyyatı orqanlar əraziyə baxış keçirirlər, təkliflər hazırlanır”.

0
15