Azərbaycanda helikopterlər satışa çıxarılır - SİYAHI

Azərbaycanda helikopterlər satışa çıxarılır - SİYAHI

Qiymətlər 130 023 manatdan başlayır.

Azərbaycanda helikopterlər hərraca çıxarılır. 

Oxu.Az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) məlumatında bildirilir.

Qeyd olunur ki, hərrac 24 may tarixində baş tutacaq. Hərraca çıxarılan vertolyotları ala bilmək üçün azı 10% həcmində ilkin ödəniş verilməlidir.

Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçirilir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 

10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Hərraca çıxarılanlar “Mİ-8” tipli helikopterlərdir. Onlar 1991-93-cü il istehsalıdırlar. Hava gəmisinin satış qiyməti 130 023 manatdan başlayır. 

0
15