Türkiyə Aİ ölkələri üçün viza rejimini ləğv edib

Türkiyə Aİ ölkələri üçün viza rejimini ləğv edib

Türkiyə hökuməti Avropa İttifaqına üzv ölkələr üçün viza rejiminin aradan qaldırılması barədə qərar qəbul edib.

APA-nın məlumatına görə, qərar hökumətin rəsmi orqanı olan “Resmi Gazete”də çap olunub. Qərar Türkiyə vətəndaşlarının Şengen zonasına vizasız gediş-gəlişi barədə Avropa Komissiyasının qərarından sonra qüvvəyə minəcək.

Avropa Komissiyası Türkiyənin bu addımını alqışlayıb. Komissiyanın nümayəndəsi Marqaritis Sxinasın sözlərinə görə, bu günə kimi Türkiyə 11 Aİ ölkəsinə viza rejimi tətbiq edirdi.

0
17