Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi

Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi

“Foto görüntülər tamamilə saxtadır”.

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbçisinin guya erməni hərbçinin başını kəsməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib.

Oxu.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, Ermənistan mətbuatında yer alan foto görüntülər tamamilə saxtadır və düşmən tərəfindən Silahlı Qüvvələrimizə qarşı növbəti təxribatdır.

“Şəkildə əks olunan hərbi qulluqçu həqiqətən döyüş əməliyyatlarında iştirak edib. Ancaq top heyətinin komandiri olduğundan bilavasitə ön xətdəki hərbi əməliyyatlara qatılmayıb. Qarşı tərəfə təhvil verilən bütün erməni cəsədləri beynəlxalq müşahidəçilərin iştirakı ilə həyata keçirilib, baş kəsilmə və meyitlərin üzərində hər hansı digər işgəncə halları qeydə alınmayıb”, - deyə məlumatda qeyd olunur.

Müdafiə Nazirliyindən həmçinin bildirilib ki, Xocalı şəhərində 63 azyaşlı uşağı, xeyli sayda qadın və ahıl insanı amansızlıqla qətlə yetirən və bununla fəxr edən erməni qatillərinin özlərini bizimlə müqayisə etmələri gülüncdür.

“İnsanlığa qarşı vandalizm əməllərini törədənləri qəhrəman etmək yalnız ermənilərə xas olan xüsusiyyətdir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan Ordusunun hərbçisinin guya erməni hərbçinin başını kəsməsi barədə məlumat yayıb. Fotoları da paylaşılan həmin hərbçinin ölkə başçısı tərəfindən mükafatlandırıldığı qeyd olunub.

0
26