Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni təyinat

Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni təyinat

Abbasov məlumatı təsdiqləyib.

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) yeni təyinat olub.

Oxu.Az xəbər verir ki, Fins.az-ın məlumatına görə, kommunikasiyalar üzrə tanınmış ekspert Rüfət Abbasov MBNP-nin sədri Rüfət Aslanlının müşaviri təyin edilib. 

R.Abbasov bu məlumatı təsdiqləyib. O bu vəzifədə Palatanın kommunikasiyaları ilə məşğul olacaq. 

Xatırladaq ki, bir neçə il əvvəl R.Abbasov Azərbaycan Mərkəzi Bankında kommunikasiyalar üzrə direktor vəzifəsində çalışıb.

0
17