“Nar-CityNet”dən yeni abunəçilər üçün daha bir sərfəli kampaniya

“Nar-CityNet”dən yeni abunəçilər üçün daha bir sərfəli kampaniya

1 aylıq ödəniş et, 5 ay istifadə et!

1 may 2016-cı il tarixdən etibarən, “Nar-CityNet”ə abunə olan istifadəçilər sentyabr ayı üçün öncədən 1 aylıq ödəniş etməklə fiber-optik internet və IPTV xidmətlərindən 5 ay müddətində istifadə edə biləcəklər.

Bu kampaniyadan yararlanmaqla yeni abunəçilər “Nar-CityNet” xidmətlərindən 4 ay ərzində tamamilə pulsuz istifadə edə biləcəklər.       

Hazırda “Nar-CityNet” Bakı şəhəri və Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində FTTB və ADSL  texnologiyaları əsasında yüksəksürətli sabit internet və IPTV xidmətlərini təklif edir. Xidmətlərdən yararlanma və qoşulma (012) 5377777 əlaqə nömrəsi və *1177 qısa nömrəsi, eləcə də www.narcitynet.az saytı üzərindən mümkündür.

Xatırladaq ki, çoxfunksiyalı rabitə strategiyası çərçivəsində “Nar” mobil operatoru ölkənin ən iri sabit internet provayderlərindən biri olan “CityNet”i satın almışdır. “Nar-CityNet” layihəsi “Nar”ın çoxfunksiyalı rabitə strategiyası, ev və biznes üçün yüksəksürətli və keyfiyyətli sabit internet xidmətlərinin rəqabətədavamlı qiymətlərlə təqdim edilməsini nəzərdə tutan uzunmüddətli proqramdır. 

Daha ətraflı məlumatı www.nar.az internet səhifəsindən öyrənə bilərsiniz. 

0
27