Şəfa Mehmanqızı: Sərnişindaşımalar ilə bağlı dəyişiklik yanlış izah olunub

Şəfa Mehmanqızı: Sərnişindaşımalar ilə bağlı dəyişiklik yanlış izah olunub

“Müsabiqəni Nəqliyyat Nazirliyi həyata keçirir”.

Dünən və bu gün Nazirlər Kabinetinin 52 nömrəli qərarındakı dəyişiklik bəzi informasiya portallarında yanlış olaraq izah olunub. 

Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı deyib.

Onun sözlərin görə, əslində məsələ belədir:

“Dəyişikliyə əsasən, bundan sonra Bakı, Sumqayıt və Gəncə şəhərlərində yalnız şəhərdaxili sərnişindaşımaya münasibətdə sifarişçi qismində müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi çıxış edirlər.

Ümumilikdə isə, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarsı (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqəni (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin şəhərdaxili sərnişindaşıması istisna olmaqla) Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir”.

0
25