Fransalı darıxdırıcı iş üçün işverəndən 360 min avro təzminat almaq istəyir

Fransalı darıxdırıcı iş üçün işverəndən 360 min avro təzminat almaq istəyir

O, lazımsız olduğunu hiss etməsindən əziyyət çəkirdi.

Paris sakini sabiq işverəni məhkəməyə verib, səbəb isə işin həddən artıq darıxdırıcı olmasıdır. 

Oxu.Az “The Telegraph”a istinadən xəbər verir ki, o, buna görə 360 min avro həcmində təzminat almaq niyyətindədir. 

Frederik Deznard adlı kişi “Interparfum” parfümeriya şirkətində çalışırdı.

Deznard öz işverənini onu real idarəçilik səlahiyyətlərindən məhrum edərək darıxdırıcı tapşırıqlar verib. Onun sözlərinə görə, o, lazımsız olduğunu hiss etməsindən əziyyət çəkirdi, nəticədə isə səhhəti ilə bağlı problemlər meydana gəlib. 

Bundan başqa, kişi öz əmək fəaliyyətini “cəhənnəm düşmə” adlandırırdı.

0
13