Azərbaycanda vəzifəli şəxs dəhşətli qəzaya düşdü: Ölənlər var - FOTO

Azərbaycanda vəzifəli şəxs dəhşətli qəzaya düşdü: Ölənlər var - FOTO

DİN qəza ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyi (DİN) vəzifəli şəxslərin qəzaya düşməsi faktı ilə bağlı məlumat yayıb.

Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 2-də saat 15.00 radələrində Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsində Bakı şəhər sakini Rüstəm Haqverdiyevin idarə etdiyi “Toyota” və Qusar rayon sakini Rabit Əkbərovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşmuş və “QAZ-3110” markalı avtomobildə yanğın baş verib.

Nəticədə R.Haqverdiyevin sərnişinlərindən Adışirin Ələkbərov hadisə yerində ölüb, özü və 3 sərnişini, habelə R.Əkbərov xəstəxanaya yerləşdirilib, R.Haqverdiyev orada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mətbuatda yayılan məlumatlara görə, qəzaya düşən “Toyota” avtomobilində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Teyyub Cabbarov da olub və xəsarət alıb. Qəzada ölənlərdən A. Ələkbərov “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavinidir.

02.02.2016

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Teyyub Cabbarov qəzaya düşüb.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində “Stansiya Sumqayıt” adlanan ərazidə qeydə alınıb. Belə ki, Teyyub Cabbarov xidməti maşınında tək olmayıb, sürücüsü ilə yanaşı qurumun “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərov da avtomobildə olub.

Teyyub Cabbarovun olduğu “Toyota Avalon” markalı maşın “Qaz-31”lə toqquşub.

Qəzada iki nəfər həlak olub, 3 nəfər isə ağır yaralanıb. Teyyub Cabbarovun vəziyyətinin ağır olduğu, hətta komaya düşdüyü bildirilir.

Qeyd olunur ki, qəzada həlak olanlardan iki nəfərdən biri Teyyub Cabbarovun sürücüsü, digəri isə “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərovdur.

0
55