Yataq xəstəsi olan xalq artistindən xəbər var: "Sual verməyin..."

Yataq xəstəsi olan xalq artistindən xəbər var: "Sual verməyin..."

Yataq xəstəsi olan xalq artisti Ramiz Əzizbəyli səhhətindən danışıb. Lent.az-a açıqlama verən xalq artisti bildirib ki, özünü yaxşı hiss edir: “Evdəyəm, müalicələrimə bir həftəlik fasilə vermişik. Yalnız masaja gedirəm. Həkimlər deyirlər ki, yaxşı olacaqsan. Güman edirəm ki, səhhətim müsbətə doğru irəliləyər. Həkimlər də səhhətimlə maraqlanırlar. Bir sözlə yaxşıyam, mənə çox sual verməyin, danışa bilmirəm”.

Qeyd edək ki, R. Əzizbəyli 2015-ci il fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi.

0
16