Həsən Şəriətmadari: İran yardım edə bilər

Həsən Şəriətmadari: İran yardım edə bilər

Siyasətçi hesab edir ki, Tehran Bakını dəstəkləməlidir.

Azərbaycan və Ermənistan arasında münaqişə İslam Respublikası üçün uzunmüddətli perspektivdə təhlükə doğura bilər. 

Oxu.Az xəbər verir ki, bu barədə İran siyasətçisi Həsən Şəriətmadari bazar ertəsi Trend-ə bildirib.

Ayətullah Seyid Kazım Şəriətmadarinin oğlu Həsən Şəriətmadari hesab edir ki, İran Azərbaycanı dəstəkləməlidir. 

“İran hər iki ölkəni qonşusu kimi münaqişəni tənzimlənməsində və İran üçün təhlükə uzunmüddətli perspektivdə təhlükə doğuracaq tammiqyaslı müharibənin qarşısını alınmasına yardım edə bilər”, - siyasətçi deyib. 

Şəriətmadarinin fikrincə, beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə mümkün qədər tez diqqət ayırmalıdırlar. 

0
14