Ağdamda oğurluq edən dəstə tutuldu – FOTO

Ağdamda oğurluq edən dəstə tutuldu – FOTO

Faktla bağlı cinayyət işi açılıb.

Ağdam rayonunda oğurluq edən dəstə tutulub.

Oxu.Az xəbər verir ki, bu barədə "Report"a Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Orxan İsmayılov məlumat verib.

Polis şöbəsinin müstəntiqi bildirib ki, oğurluqla məşqul olan dəstəni rayonun Əfətli kəndində xidmət aparan polsis əməkdaşları şübhəli şəxs qisməndə saxlayıb: "Ağdam rayonun Əfətli kəndində xidmət aparan polis əməkdaşları naməlum şəxslər tərəfindən bir neçə iribuynuzlu mal-qaranın aparıldığını görüb. 

Saxlanılan İlham Həsənov və Taleh Rzayev heyvanların özlərinə məxsus olduğunu bildirərək polisləri aldatmaq istəyiblər".

O.İsmayılov qeyd edib ki, rayonun Əfətli kənd sakini Hökmran Əbdülrəhimov Ağdam RPŞ-nə ərizə ilə müraciət edərək yaşadığı evin həyətindən bir ədəd enerji generatoru, tövlədən isə 8 baş iribuynuzlu mal-qaranın naməlum şəxslər tərəfindən oğrulandığını bildirib: 

"Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluq edən şəxslər, Ağcabədi rayon sakinləri - İlham Həsənov, Taleh Rzayev, İntiqam Əliyev və Emin Hüseynov saxlanılaraq istintaqa cəlb olunub".

Faktla bağlı Ağdam RPŞ-də cinayyət işi açılıb.

Qeyd edək ki, saxlanılan şəxslər əvvəllər də məhkum olunublar. Hazırda onların digər cinayyət əmələri araşdırılır.

0
40