Azərbaycanlı səfir BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşüb

Azərbaycanlı səfir BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşüb

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov BƏƏ-nin İqtisadiyyat Naziri Sultan bin Səid Əl Mansuri ilə görüşüb. Lent.az-ın məlumatına görə,səfir Azərbaycan və BƏƏ arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu və iki ölkənin xaqları və hökumətləri arasında çox gözəl münasibətlərin formalaşdığını qeyd edərək bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin cari ilin fevral ayında BƏƏ-yə həyata keçirdiyi rəsmi səfər, eləcə də BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun ötən ilölkəmizə baş tutmuş səfərindən sonra bu əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

D. Şikarov Azərbaycan prezidentinin rəhbərliyi altında ölkəmizdə əldə edilmiş iqtisadi nailiyyətlər, aparılan islahatlar, qeyri-neft sektorunun inkişafı və ixracatın diversifikasiyası istiqamətində atılan addımlar barədə məlumat vermiş, həmçinin ölkənin birinci xanımı Mehriban Əliyevanın birbaşa himayəsialtında Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və dünyanın bir sıra digər ölkələrində həyata keçirilmiş sosial-mədəni layihələr haqqında danışmışdır.

İki ölkənin ticarət əlaqələrinin səviyyəsinə də toxunan səfir onu da bildirib ki, 2014-cü illə müqayisədə 2015-ci ildə Azərbaycan və BƏƏ arasındakı ticarət dövriyyəsinin həcmi təxminən 10 faiz artaraq 70 milyon ABŞ dollarını ötsə də, bu göstərici mövcud potensiala cavab vermir. Halbuki, qarşılıqlı ticarətin dəstəklənməsi ilə bu göstəricini 500-600 milyon ABŞ dollarına qədər artırmaq mümkündür. Ölkəmizdənxüsusilə kənd təsərrüfatı məhsullarının ixracı üçün böyük potensial olduğunu deyən səfir, Azərbaycanın təbii və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının BƏƏ bazarına daxil olması məsələsində müvafiq dəstəyin göstərilməsini xahiş edib.

Turizm sahəsindəki əməkdaşlığa da toxunan D.Şikarov qeyd edib ki, Azərbaycanda turizmin inkişafına son illərdə xüsusi diqqət göstərilir. Gözəl təbiəti, zəngin mədəniyyəti, mətbəxi və insanlarının qonaqpərvərliyi dünyanın hər yerindən turistləri ölkəmizə cəlb edir. Əlverişli iqlim şərariti və yaradılmış turizm infrastrukturu Azərbaycanda ilin dörd fəsli turizm fəaliyyətlərinin həyata keçirilməsinə imkan verir.

Qəbələ, Şamaxı, Quba, Qusar, Şəki, Naxçıvan və Azərbaycanın digər bölgələrinin öz təbii gözəllikləri ilə BƏƏ-li turistləri valeh edəcəyindən əmin olduğunu deyən səfir, yeni istifadəyə verilmiş «Şahdağ» turizm mərkəzinin qış turizmi üçün bütün regionun ən cəlbedici məkanına çevrildiyini vurğulayıb.

Səfir məmnunluqla əlavə etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin qərarı ilə2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşlarına Azərbaycanın beynəxalq hava limanlarında viza ala bilmə imkanının verilməsindən sonra BƏƏ-li turistlərinAzərbaycana çoxsaylı axını müşahidə olunur.

Öz növbəsində BƏƏ İqtisadiyyat naziri Əl Mansuri səfir D.Şikarovu BƏƏ-yə təyinatı münasibətilə təbrik edərək uğurlar arzulamış və gələcək fəaliyyətində ona dəstək olmağa hazır oduğunu deyib. Nazir bildib ki, ölkəsi Azərbaycanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. İki ölkə rəhbərliyinin son bir ildə həyata keçirdiyi qarşılıqlı səfərlər zamanı bu əlaqələrin genişləndirilməsinin zəruriliyi bir daha bəyan edilib. İstər Azərbaycan, istərsə də BƏƏ qısa müddət ərzində böyük iqtisadi nailiyyətlərə imza atıb. İki ölkənin ticarət və investisiya sahələrində uğurla davam edən əməkdaşlığı var və bu əməkdaşlıq böyük potensiala malikdir.

Azərbaycan rəhbərliyinə öz təşəkkürünü bildirən nazir, bu qərardan sonra həqiqətən də BƏƏ vətəndaşlarında Azərbaycana böyük marağın oyandığını və gündən-günə artan turist səfərlərinin bunun sübutu olduğunu deyib. Onun sözlərinə görə, yaranmış yeni bazar şəraiti iki ölkə arasında yeni hava səfərlərinin başlanılmasını labüd edir.

0
17