İstanbulda 266 tibb işçisindən ibarət cinayətkar dəstə YAXALANDI

İstanbulda 266 tibb işçisindən ibarət cinayətkar dəstə YAXALANDI

İstanbul Polisi 32 bölgədə eyni zamanda əməliyyata başladı. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu əməliyyatlarda 266 nəfərdən ibarət dərman mafiyası çökdürülüb.

Əməliyyat sübh çağı başlayıb. Hətta saxlanılanlar arasında Diyarbakır Dicle Universitetinin professoru da olmaqla 90-a yaxın həkim, əczaçı və terror təşkilatının üzvü olduğu öyrənilən bəzi tibb işçilər də var. Ələ keçirilən dərmanların canlı bomba aksiyalarından əvvəl istifadə edildiyi məlum olub.

Polisin bir sıra qurumlarla birlikdə həyata keçirdiyi əməliyyatda şübhəlilərin  saxta resept yazdıqları məlum oldu. Və Bununla da Sosial Müdafiə Fonduna (SGK) milyonlarla ziyan vurulması da ortaya çıxdı. Polis basqınlarının mərkəzi İstanbul olsa da 90 ünvanda eyni zamanda axtarış aparıldı. Və Türkiyədə bunu son illərin ən böyük əməliyyatı adlandırdılar. Şübhəlilər hamısı dindirilməyə başlayıb.

0
8