“Özümüzü itirdik, vurub hamısını öldürdük”- TƏFƏRRÜAT - YENİLƏNİB

“Özümüzü itirdik, vurub hamısını öldürdük”- TƏFƏRRÜAT - YENİLƏNİB

“Biz heç kimi öldürmək istəmirdik. Elə bildik evdə iki nəfər var. Qorxudub, pul tələb edəcəkdik. Amma evə girəndə məlum oldu ki, içəridə çox adam var. Qorxduq, özümüzü itirdik, vurub hamısını öldürdük. Ona görə də hamısını öldürdük”. Lent az-ın “Rossiya-24” telekanalına istinadən məlumatına görə, bunu Samara vilayətinin Sızran rayonunun keçmiş polis rəisi, istefada olan polkovnik Andrey Qoşt və onun ailə üzvlərinin ölümündə şübhəli bilinən azərbaycanlılardan biri, Roman Fətəliyev istintaqa verdiyi ifadədə bildirib.

Fətəliyev ifadəsində onu da qeyd edib ki, evdən cəmi 906 rubl (təxminən 21 manat) pul tapıblar. Puldan başqa evin sahibinə məxsus bank kartlarını, mobil telefonları götürərək aradan çıxıblar.


Lent.az-a verdiyi məlumata görə isə qətldə şübhəli bilinən azərbaycanlıları elə bank kartları ələ verib. “Onlar Sızrandan Samaraya gələrək bankomatdan pul çıxarmağa çalışıblar. Məhz bu vaxt polis onların izinə düşürək həbs edə bilib”.

Məlumata görə, qətl zamanı bu üçlükdən başqa onlarla birgə daha bir nəfər olub. Bu, Özbəkistan vətəndaşı Məhmədəli Əhmədovdur. Hazırda onunu Özbəkistana qaçdığı, amma barəsində axtarış elan olunduğu deyilir.

Xatırladaq ki, aprelin 24-də keçmiş polis rəisi polis rəisi Andrey Qoşt və 5 ailə üzvü (polkovnikin arvadı, qardaşının arvadı, qardaşı qızı və valideynləri) Sızran rayonunun İvaşevka qəsəbəsində öldürülüb. Keçirilən əməliyyat zamanı qətllə şübhəli bilinən 3 Azərbaycan vətəndaşı, Babayev İslam Arzu oğlu, Zöhrabov Orxan Şirəli oğlu və Fətəliyev Roman Rauf oğlu həbs edilib.

Bununla belə onu da qeyd edək ki, hadisənin motivi, habelə qətl ətrafında həbs olunanlarla bağlı ziddiyyətli məqamlar qalmaqdadır. Mövzunu gün boyu diqqətdə saxlayacağıq.

***

Rusiyanın Samara vilayətində keçmiş polis rəisi və ailəsinin qatilləri tapılıb. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, keçmiş rəis Andrey Qoşt və ailəsinin qətində 3 azərbaycanlı Babayev İslam Arzu oğlu, Zöhrabov Orxan Şirəli oğlu və Fətəliyev Roman Rauf oğlu şübhəli bilinir.

Artıq Azərbaycan vətəndaşları barədə 2 aylıq həbs tədbiri seçilib. Məlumata görə, qətldə şübhəli bilinən bir Özbəkistan vətəndaşının artıq sərhədi keçərək ölkəsinə getdiyi müəyyənləşib. Özbəkistan vətəndaşlarının axtarışı davam edir.

0
59