Mahsun Kırmızıgül ata oldu

Mahsun Kırmızıgül ata oldu

Cütlük bir aydan sonra Türkiyəyə geri dönəcək.

Fevral ayında Los-Ancelesdə vəkil Ece Binayla evlənən müğənni, aktyor, rejissor Mahsun Kırmızıgül ata olub.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, körpə mayın 1-i Los-Ancelesdəki xəstəxanaların birində normal doğuşla dünyaya gəlib. Ananın və balacanın səhhəti yaxşıdır.

Cütlük bir aydan sonra Türkiyəyə geri dönəcək. Kırmızıgül, Kemerburgazdakı evlərində uşaq otağını hazırlatmaq üçün həyat yoldaşı ilə qızından bir həftə əvvəl gələcək.

Aytən Sadıqzadə

0
10