Şəkili müəllimə “Qırmızı kitab”a düşdü – VİDEO

Şəkili müəllimə “Qırmızı kitab”a düşdü – VİDEO

“Fransanın Milli Qəhrəmanı Əhmədiyə Cəbrayılovun ailəsi ilə görüşəcəyəm”.

Şəkidə Bəxtiyar Vahabzadənin adını daşıyan 1 saylı orta məktəbin Fransız dili müəlliməsi və direktoru Tahirə Cabbarovaya Azərbaycanda ilk dəfə Fransanın “Akademik Palma” ordeni ilə təltif edilib. 

Oxu.Az xəbər verir ki, ANS PRESS-in yerli bürosunun verdiyi məlumata görə, təhsil üzrə ali mükafatı şəkili pedaqoqa Fransanın ölkəmizdəki səfiri Orelya Buşez təqdim edib.

200 il tarixi olan “Akademik Palma” ordeninin təhsildə göstərdiyi yüksək fəaliyyəti ilə seçilən müəllim və alimlərə təqdim olunduğunu deyən səfir Orelya Buşez Azərbaycanda ilk dəfə Şəki şəhərində fransız dili müəlliminə bu ordenin təqdim olunması ilə Tahirə Cabbarovanın Fransa dövlətinin qırmızı kitabına düşdüyünü vurğuladı. Şagirdlərin fransız dilində hazırladığı kompozisiya səfirin daha çox marağına səbəb olduğundan o uşaqlarla birgə milli rəqsə də qoşuldu. 

“Mən bura təkcə bu ordeni təqdimatı üçün gəlməmişəm, “Turksoy” tədbirində iştirak etdim, Fransanın Milli Qəhrəmanı Əhmədiyə Cəbrayılovun ailəsi ilə görüşəcəyəm, həm də icra başçısı ilə görüşəcəyəm. Biz başçı ilə  şəhərinizin iqtisadi və turizm imkanlarını müzakirə edəcəyik.” – deyə Fransanın ölkəmizdəki səfiri Orelya Buşez bildirib.   

0
25