Hacıqabulda avtomobil aşdı: 5 nəfər xəsarət alıb

Hacıqabulda avtomobil aşdı: 5 nəfər xəsarət alıb

Araşdırma aparılır.

Hacıqabulda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunu məlumatına görə, dünən saat 21.00 radələrində Bakı-Qazax magistralının 88-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Qurbanov Arzu Vahid oğlunun idarə etdiyi “Hyundai ix35” markalı avtomobil yoldan çıxaraq aşıb. 

Nəticədə sürücü, avtomobildə olan həyata yoldaşı, 1988-ci il təvəllüdlü Qurbanova Asimə Asim qızı, 4 aylıq Qurbanov Vahid Arzu oğlu müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. 

Ailə üzvlərindən 3 yaşlı Dəniz Arzu qızı Qurbanova və daha bir nəfər yüngül xəsarət alıblar. 

Hadisəyə yağışlı havanın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. 

0
30