Obama: “Trampın seçiləcəyinə inanmıram”

Obama: “Trampın seçiləcəyinə inanmıram”

Səlahiyyət müddəti başa çatmaqda olan ABŞ prezidenti Barak Obama inanmır ki, Ağ Evdə onu Donald Tramp əvəzləyəcək.

APA-nın məlumatına görə, Obama bu barədə CNN telekanalına müsahibəsində deyib.

“Mən bu barədə düşünmürəm. Çünki bunun baş verəcəyinə inanmıram”, deyə B.Obama bildirib.

Qeyd edək ki, 2016-ci ildə ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. Tanınmış iş adamı, milyardçı Donald Tramp respublikaçılar arasında seçkiqabağı kampaniyanın lideridir.

0
10