ABŞ-da pilotsuz hərbi gəmi hazırlanıb

ABŞ-da pilotsuz hərbi gəmi hazırlanıb

ABŞ hərbçiləri 40 metr uzunluğunda olan “Sea Hunter” pilotsuz gəmini sınaqdan keçirib.

APA-nın Assosiated Press agentliyinə istinadən verdiyi məlumata görə, Pentaqonun DAPRA agentlyi və “Leidos” şirkəti tərəfindən hazırlanan gəmi iki il ərzində Kaliforniya ştatı sahillərində test rejimində üzəcək.

İlkin mərhələdə “Sea Hunter” -in göyərtəsində mütəxəssislərin olmasına baxmayaraq, bütün idarəetmə avtomatik rejimdə həyata keçiriləcək. Gəmidə hər hansı silahın olmadığı vurğulanır. “Sea Hunter”-in əsas vəzifəsi sualtı gəmilərin aşkar edilməsidir.

0
9