Qəndəharın “kölgə qubernatoru” öldürüldü

Qəndəharın “kölgə qubernatoru” öldürüldü

Əfqanıstan təhlükəsizlik qüvvələrinin Qəndəhar vilayətində həyata keçirdikləri əməliyyat nəticəsində 40-dan çox “Taliban” hərəkatının silahlısı məhv edilib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, onların arasında Qəndəharın “kölgə qubernatoru” Hacı Lalanın olduğu bildirilir.

Onunla birgə müavini, Əhməd Şah Həmətın da məhv edildiyi qeyd olunur. Əməliyyat zamanı xeyli sayda silah-sursat müsadirə edilib.

Qeyd edək ki, bir gün əvvəl Əfqanıstan müdafiə nazirliyi sutka ərzində ölkənin bir sıra əyalətində 80 silahlının məhv edildiyini, 17-nin isə yaralandığı barədə açıqlama verib.

0
9