Tramp: “Rusiya təyyarələri məhv edilməlidir”

Tramp: “Rusiya təyyarələri məhv edilməlidir”

ABŞ prezidentliyinə namizəd, milyarçı Donald Tramp Rusiya təyyarələrini məhv etməyi təklif edib.

Lent.az-ın “oxu.az”-a istinadən verdiyi məlumata görə, Indiana Radiosuna müsahibəsində Tramp bəyan edib ki, Rusiya qırıcıları ABŞ təyyarələrinə yaxınlaşdıqda məhv edilməlidirlər.

Onun fikrincə, Rusiya təyyarələri ilə insidentlər ABŞ və şəxsən ölkə prezidenti Barak Obamaya hörmətsizliyi göstərir.

Tramp bildirib ki, Obama bu məsələni rusiyalı həmkarı Vladimir Putinlə müzakirə etməlidir.

0
14