Türkiyə təyyarəsi uçuş-enmə zolağından kənara çıxdı

Türkiyə təyyarəsi uçuş-enmə zolağından kənara çıxdı

“Turkish Airlines” aviaşirkətinə məxsus  Boeing-737 təyyarəsi Kosovonun paytaxtı Priştina hava limanına eniş zamanı uçuş-enmə zolağından çıxıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident nəticəsində zərərçəkən olmayıb.

İstanbuldan Priştinaya uçan təyyarənin göyərtəsində 143 sərnişin və 8 ekipaj üzvü olub. Aeroportun işi müvəqqəti dayandırılıb. İlkin məlumata əsasən, hadisəyə qeyri-sabit hava şəraiti səbəb olub.

0
10