ABŞ-da universitetdə atışma: ölən var

ABŞ-da universitetdə atışma: ölən var

ABŞ-ın Konvey şəhərində (Cənubi Karolina ştatı) yerləşən universitet yaxınlığında atışma olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 1 nəfər ölüb.

Atışma universitet yataqxanasının yaxınlığındakı avtomobil duracağında qeydə alınıb. İlkin məlumata görə, insidentlə əlaqədar polis cinayətdə şübhəli bilinən qaradərili kişini axtarır. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

0
13