“Lester” ilk dəfə İngiltərə çempionu oldu

“Lester” ilk dəfə İngiltərə çempionu oldu

 “Lester” klubu tarixində ilk dəfə İngiltərə çempionu olub.

APA-nın məlumatına görə, bu, "Çelsi"- "Tottenhem" oyunun 2:2 hesabı ilə bitməsi nəticəsində məlum olub.

Çempionluq uğrunda mübarizəni davam etdirmək üçün "Tottenhem" bu oyunda qalib gəlməli idi.

Beləliklə,  "Lester" son iki turun nəticəsindən asılı olmayaraq tarixində ilk dəfə Premyer Liqanın qalibi olub.

Klubun bundan əvvəl İngiltərə çempionatında ən böyük nailiyyəti 1928-1929-cu il mövsümündəki 2-ci yer olub.

0
10