Diqqətli olun: “Facebook”da virus yayılır - VİDEO

Diqqətli olun: “Facebook”da virus yayılır - VİDEO

Profili virusa yoluxan istifadəçilər bəzi qaydalara əməl etməlidirlər.

Son günlər “Facebook”da yayılmış “Profilimə ən son baxanlar” virusu istifadəçiləri bezdirib.

Başlığa aldanıb keçidə daxil olmağa çalışanlar virusu dostluğundakılara yayırlar. Beləcə virus şəbəkə halında minlərlə insana çatır.

İnformasiya Komunikasiya Texnologiyaları üzrə mütəxəssis Osman Gündüz sosial şəbəkələrdə belə virusların qəsdən yayıldığını və bəzi şəxlsərin bu işdə marağının olduğunu bildirir.

Mütəxəssislər  “Facebook”un belə xidmətinin olmadığını və virusa yoluxmamaq üçün şübhəli məlumatları açmamağı məsləhət görürlər. Profili virusa yoluxan istifadəçilər isə bəzi qaydalara əməl etməlidirlər.

Mütəxəssislər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin bənzər hallarla bağlı vətəndaşları xəbərdar edilməli olduğunu xatırladırlar.

Oxu.Az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir:

0
19