Obama gələcək planları haqqında videoçarx çəkib

Obama gələcək planları haqqında videoçarx çəkib

ABŞ prezidenti Barak Obama Ağ Evdən getdikdən sonra nə ilə məşğul olacağına dair məzəli videoçarx hazırlayıb.

Oxu.Az xəbər verir ki, video YouTube-da Amerika Prezidenti Administrasiyasının kanalında yerləşdirilib.

Çarxın əvvəlində Obama viste-prezident Co Baydendən məsləhət istəyir, daha sonra “Vaşinqton Uizards” MBA klubuna məşqçi vəzifəsinə düzəlməyə cəhd edir. Bu ixtisas üzrə təcrübəsi olub-olmadığına dair suala o:

“Mən bir neçə dəfə qızımın komandasını məşq elətdirmişəm”, - deyir.

O həmçinin vəsiqə almağa çalışır, amma onun ikinci adı Hüseyndir. Bu isə məmur xanımda şübhə doğurur, doğum haqqında şəhadətnamənin Havayda verilməsi isə qadını onun fırıldaqçı olmasına əmin edir.

Obama özünü reklamda sınamaq fikrinə gəlir, həyat yoldaşı Mişelin iPhone “Obamacare (prezident tərəfindən aparılan tibbi sığorta islahatlar) - əladır və o, həqiqətən işləyir!” deyir. Amma telefona yüklənmiş filter Obamanın üzünü bədheybət maskasına çevirir.

Sonda prezident Palatanın sabiq spikeri Con Beynerdən məsləhət istəyir, o isə Obamaya hər şeyə sadə yanaşmağı məsləhət görür. Nəhayət, prezident ruhən sakitlik tapır və video çar xəbərlər buraxılışından bir parça ilə sona çatır. Aparıcı Obamanın “artıq qolfda 347-ci raundu oyandığın və heç kimin, heç nə vecinə olmadığını” deyir.

0
22