“Taliban” liderlərindən biri məhv edildi

“Taliban” liderlərindən biri məhv edildi

Güc strukturları xüsusi əməliyyat keçirib.

“Taliban” qruplaşmasının Kandaqar vilayəti üzrə lideri məhv edilib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan DİN məlumat yayıb.

Məlumata əsasən, Xayat kimi tanınan, Hacı Lələ Əfqanıstan milli ordusu və polisinin iştirakı ilə keçirilən xüsusi əməliyyat zamanı öldürülüb.

Güc strukturlarının əməkdaşları həmçinin onun müavini Əhməd Şah Həmat və daha 43 yaraqlını zərəsizləşdiriblər.

0
13