İlham Əliyev təbrik məktubu ünvanladı

İlham Əliyev təbrik məktubu ünvanladı

“Əmin-amanlıq və firavanlıq diləyirəm”.

Azərbaycan prezidenti İlham Əliyev polşalı həmkarı Andjey Dudanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Oxu.Az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Konstitusiya günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan-Polşa münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcək. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

0
14