Avstraliyalı biznesmen bitkoin yaratmağını etiraf etdi

Avstraliyalı biznesmen bitkoin yaratmağını etiraf etdi

Dəlil qismində Rayt rəqəmsal imzaları təqdim edib.

Avstraliyalı sahibkar Kreyq Rayt dünyada ilk kriptovalyutanın, bitkoinlərin yaradıcısı – sirli Satosi Nakamoto olduğunu etiraf edib. 

Oxu.Az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb. 

Dəlil qismində Rayt, bitkoinlərlə ilk əməliyyat üçün kriptoqrafik açarların köməyi ilə yaradılan rəqəmsal imzaları təqdim edib. Bu açarların kriptovalyutanın əfsanəvi yaradıcısı – Satosi Nakamotoya aid olduğu məlumdur. 

Raytın iddialarını iqtisadiyyatçı və “Bitcoin Foundation”ın yaradıcılarından biri Con Metonis daxil olmaqla bir neçə ekspert təsdiqləyib. Avstraliyalı bu yaxınlarda müəllifliyini təsdiq etmək üçün yeni dəlillər təqdim etməyi vəd edib. 

Bitkoin – 2008-ci ildə yaradılmış rəqəmsal kriptovalyutadır. Bir sıra ölkələrdə o qadağan edilib, onun istifadəsi ilə əməliyyatların həyata keçirilməsinə görə isə cəza verilə bilər. Hazırda dövriyyədə 15,5 milyon bitkoin var, Nakamotonun sərəncamında 1 milyon bitkoin var – bu, 450 milyon dollara ekvivalentdir. 

0
13