Flora Kərimova yeni mahnısını təqdim edib - KLİPƏ QIZINI ÇƏKDİ

Flora Kərimova yeni mahnısını təqdim edib - KLİPƏ QIZINI ÇƏKDİ

Xalq artisti Flora Kərimova bu gün mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, jurnalistləri və şou-biznes əhlini Beynəlxalq Mətbuat Mərkəzində bir araya cəm edən xalq artisti müğənni Rövşən Civişovla birgə ifa etdiyi “Bu sevgiyə dözüm yox” adlı mahnıya çəkilmiş klipi təqdim edib. Sözləri Gülağa Tənhaya, musiqisi Arif Səlimova məxsus olan ekran işini Türkay Azəri reallaşdırıb.

Klipdə F.Kərimovanın qızı Zümrüd Şərifzadə öz aktrisalıq qabiliyyətini nümayiş etdirib. Xalq artisti ekran işi barədə təəssüratını bölüşüb: “Klipə qızımı çəkməkdə məqsədim odur ki, istəyirəm, bu klip məndən ona yadigar qalsın. İlk öncə klipin ssenarisini anlamırdım. Amma daha sonra anladım və bəyəndim. Klipdə ilk dəfə zinət əşyalarından istifadə etmişəm. İmicim üzərində stilist Anar Ağakişiyev işlədi. Ona da təşəkkür edirəm".

Qeyd edək ki, tədbirdə əməkdar artist Mehriban Xanlarova, müğənnilər Kərim Abbasov, Ruhəngiz Musəvi, aparıcı Lətafət Ələkbərova və başqaları da qatılmışdı.


0
18