Tovuzda məktəb yanır

Tovuzda məktəb yanır

Yanğını ram etmək mümkün olmayıb.

Tovuzda məktəb binası yanır.

Oxu.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, saat 16:30-dan başlayaraq Tovuz rayonunun Alakol kəndində şəhid Nürəddin Sadıqov adına tam orta məktəbin binasında yanğın başlayıb.

Alovu söndürmək üçün əraziyə 3 yanğınsöndürmə briqadası cəlb olunub. Hələlik yanğını ram etmək mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası bu istiqamətdə iş aparır.

0
13