Polkovnik Qoştun qətlində azərbaycanlılar şübhəli bilinirlər - VİDEO

Polkovnik Qoştun qətlində azərbaycanlılar şübhəli bilinirlər - VİDEO

3 nəfər həbs olunub.

Məhkəmə iki ay müddətinə Samara vilayəti üzrə DİN Dövlət İdarəsinin qəragah rəisi, polkovnik Andrey Qoştun və onun ailəsinin qətlində şübhəli bilinən üç nəfərin həbsi barədə hökm çıxardı. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu məlumatı jurnalistlərə Sızransk rayon prokuroru Yevgeni İrxa bildirib. 

“Rayon prokurorluğu iki aylıq qətimkan tədbiri haqqında xahişi təmin edib. Həbs edilən üç nəfər Azərbaycan vətəndaşlarıdır. Şübhəli bilinən şəxslər həbs edilməmələrini xahiş etmişdilər. Həbs edilən şəxslərə qarşi ittiham irəli sürülməyib”, - İrxa bildirib.  

Məlumata görə, həbs edilən şəxslər – Babyev İslam Arzu oğlu, Zöhrabov Orxan Şirəli oğlu və Fətəliyev Roman Rauf oğludur. İclas qapalı keçib. 

0
14