Polis rəisinin ailəsini azərbaycanlılar qətlə yetiribmiş

Polis rəisinin ailəsini azərbaycanlılar qətlə yetiribmiş

Rusiyanın Samara vilayətində keçmiş polis rəisi və ailəsinin qatilləri tapılıb. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, keçmiş rəis Andrey Qoşt və ailəsinin qətində 3 azərbaycanlı Babayev İslam Arzu oğlu, Zöhrabov Orxan Şirəli oğlu və Fətəliyev Roman Rauf oğlu, habelə 3 Özbəkistan və bir Qazaxıstan vətəndaşı şübhəli bilinir.

Artıq Azərbaycan vətəndaşları barədə 2 aylıq həbs tədbiri seçilib. Məlumata görə, Qazaxıstan vətəndaşının artıq sərhədi keçərək ölkəsinə getdiyi müəyyənləşib. Özbəkistan vətəndaşlarının axtarışı davam edir.

0
22