Moskvada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir keçirildi

Moskvada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir keçirildi

“Xeyirxah ənənə gələcəkdə də davam etdiriləcək”.

Moskvada Millətlər evində Vüqar Həşimovun xatirəsinə həsr edilmiş III Beynəlxalq turnir keçirilib. 

Oxu.Az xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondu (AMİD) çıxış edib. 

Toplaşan şahmatsevərlər qarşısında  AMİD fondunun sədri Şamil Tağıyev çıxış edib. O qeyd edib ki, görkəmli insan Vüqar Həşimovun xatirəsinə həsr edilmiş şahmat turnirinin məqsədi gənclər arasında şahmatın təbliğidir. 

Bundan başqa, fondun direktoru bu turnirin keçirilməsi kimi xeyirxah ənənə gələcəkdə də davam etdiriləcək. 

Yarışların açılışında çıxış edən şahmat tacına namizəd, beynəlxalq qrossmeyster sürətli şahmat üzrə dünya çempionu Sergey Karyakin Vüqar Haşımov ilə dostluğundan danışıb. O qeyd edib ki, dostunun xatirəsinə həsr edilmiş yarışda iştirak etmək onun üçün qürurvericidir. 

İdmançılara dəstək olmaq və görkəmli şahmatçının xatirəsini yad etmək üçün Vüqarın qardaşı Sərxan Həşimov və Rusiya Şahmat Federasiyasının direktoru Mark Qluxovski də gəlib. 

Turnir İsveç sistemi üzrə 7 mərhələdən ibarət olub. Yarışlarda 8-dən 50 yaşa qədər 70 şahmatçı iştirak edib. 

Gərgin mübarizədən sonra qalib müəyyən edilib, bu, İqor Yakupov olub. İkinci yeri Dalqan Nüciyev, üçüncü yeri isə İlya Odinsov tutub. Qaliblərə Vüqar Həşimov kuboku, medallar, xatirə hədiyyələri və pul mükafatları təqdim edilib.

Turnirin gedişatında sürətli şahmat üzrə dünya çempionu Sergey Karyakin və Vüqarın qardaşı Sərxan Həşimov eyni zamanda 10 lövhədə oyun üzrə ustad-sinifi veriblər. 

0
18