Sosial şəbəkədə əməkdar artisti “öldürdülər”

Sosial şəbəkədə əməkdar artisti “öldürdülər”

Aktyor 2010-cu ildən İkinci Nügədi kəndində yaşayır.

Bu gün sosial şəbəkədə və bir sıra KİV-də əməkdar artist Məcnun Hacıbəyovun ölüm xəbəri yayılıb.

Oxu.Az xəbər verir ki, məlumatda qeyd olunur ki, 81 yaşlı aktyor bu gün səhər saatlarında dünyasını dəyişib.

Lakin əməkdar artist Məcnun Hacıbəyovun səhhəti ilə bağlı redaksiyamıza məlumatlar daxil olub. Qeyd olunub ki, artist sağdır.

Qeyd edək ki, əməkdar artist Məcnun Hacıbəyov 1935-ci ildə Quba rayonunun İkinci Nügədi kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Aktyor “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.

Aktyor 2010-cu ildən İkinci Nügədi kəndində yaşayır.

0
17